...

Türkiyədə iri qızıl yataqları aşkar edilib

Cəmiyyət Materials 27 Mart 2012 18:59 (UTC +04:00)
Türkiyənin Kayseri şəhərindəki iki yataqda aparılan kəşfiyyat işləri nəticəsində 31 ton qızıl ehtiyatı aşkar edilib.
Türkiyədə iri qızıl yataqları aşkar edilib

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Kayseri şəhərindəki iki yataqda aparılan kəşfiyyat işləri nəticəsində 31 ton qızıl ehtiyatı aşkar edilib. Bu barədə çərşənbə axşamı Trend "Sabah" qəzetinə istinadən məlumat verir.

Bu yataqlarda qızılın hasilatı üzrə işlər 2012-ci ilin sonunadək başlayacaq.

2011-ci ildə Türkiyədə qızıl istehsalı 25 tona qədər artıb. 2010-cu ildə bu rəqəm 17 ton olub. Türkiyə 2012-ci ildə qızıl istehsalını 35 tonadək artırmağı planlaşdırır. Ölkədə qızıla illik tələbat 150-250 ton təşkil edir.

Xəbər lenti

Xəbər lenti