...

Əbülfəs Qarayev tarixi adların reklam kimi istifadəsi prosesinə nəzarət edilməsini vacib sayır (FOTO)

Cəmiyyət Materials 29 Mart 2012 13:30 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tarixi adların verilməsi prosesinə nəzarət edilməsini vacib sayır.
Əbülfəs Qarayev tarixi adların reklam kimi istifadəsi prosesinə nəzarət edilməsini vacib sayır (FOTO)

Azərbaycan, Bakı, 29 mart / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tarixi adların reklam kimi istifadəsi prosesinə nəzarət edilməsini vacib sayır.

Trend-in məlumatına görə, Qarayev cümə axşamı "Reklam mədəniyyəti - reallıq və perspektivlər. Reklam və marketinq məsələlərinə müasir baxış" mövzusunda keçirilən I Bakı Beynəlxalq elmi-praktik konfransındakı çıxışı zamanı bildirib ki, hər hansı bir içkiyə "Yeddi gözəl" adının və yaxud bir ədibin adının verilməsinə nəzarət edilməlidir. Eyni zamanda, tarixi binanın üzərinə xarici bir adın yazılmasına da icazə verilə bilməz.

Azərbaycanda reklamın inkişafı və müasirləşdirilməsi məqsədilə yeni Dövlət Proqramının hazırlandığını deyən nazir Azərbaycanla bağlı əvvəllər reklamın geniş şəkildə aparılmadığını bildirib. O qeyd edib ki, Azərbaycanın turizm potensialı ilə bağlı reklamlar dünyanın tanınmış telekanallarında yayımlandıqdan sonra ölkəmizə gələn turistlərin sayı xeyli artıb.

Qarayev hesab edir ki, Azərbaycanla bağlı reklam işlərinin gücləndirilməsi ölkəyə gələn turistlərin sayının artmasına səbəb olar.

"Azərbaycan bu il 25-30 beynəlxalq turizm sərgisində iştirak edib. Bu sərgilərdə iştirak Azərbaycanın reklamının aparılması məqsədi daşıyır", - nazir əlavə edib.

Azərbaycanda reklam işinin dünya reklam qanunlarına uyğun aparıldığını bildirən Qarayev reklam işinin düzgün istiqamətləndirilməsini də vacib sayıb.

Azərbaycanda ilk dəfə reklamla bağlı belə konfransın keçirildiyini xatırladan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov isə qeyd edib ki, reklam işinin özünün reklam edilməsinə ehtiyac var.

Qeyd edək ki, konfrans öz işini sabah yekunlaşdıracaq.

Tədbirdə azərbaycanlı alimlər və reklam mütəxəssisləri ilə yanaşı, Türkiyə, İngiltərə, İsveç, İspaniya, BƏƏ, İran, Rusiya, Ukrayna, Özbəkistan, Gürcüstan kimi bir çox xarici ölkələrin reklam sahəsində böyük təcrübəyə malik, görkəmli alim və mütəxəssisləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti