Azərbaycan, Bakı, 4 aprel / Trend müxbir K.Zərbalıyeva/
Bakı metrosunun "İçərişəhər" stansiyasının qarşısında minik avtomobili yolun əks istiqamətinə çıxaraq yol qəzası törədib. Avtomobil digər minik avtomobili ilə toqquşub və hər iki avtomobilə ciddi maddi ziyan dəyib.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu və digər görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.
Video Player