...

Azərbaycanda təhsil alan tələbələrə şad xəbər

Cəmiyyət Materials 9 Aprel 2012 13:07 (UTC +04:00)
Azərbaycanın digər ali məktəblərində də buraxılış işi və yekun dövlət imtahanları ləğv oluna bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.
Azərbaycanda təhsil alan tələbələrə şad xəbər

Azərbaycan, Bakı, 9 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanın bəzi ali məktəblərində də buraxılış işi və yekun dövlət imtahanları ləğv oluna bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib.

Onun sözlərinə görə, 2010/2011-ci tədris ilində Azərbaycan Dillər Universitetinin təklifi və Təhsil Nazirliyinin razılığı əsasında bu ali məktəbdə buraxılış işi və yekun dövlət imtahanlarından imtina olunub. Tələbələrin buraxılışı məzunların təlim müddətində tədris, elmi və ictimai fəaliyyətini əks etdirən hesabatların təqdimatı formasında həyata keçirilib.

Mustafayev bildirib ki, buraxılış işi və dövlət imtahanlarının humanitar ixtisaslar və bəzi təbiət elmləri üzrə ləğvi mümkün ola bilər. Amma texniki profilli ixtisaslarda buraxılış işlərinin yazılması təcrübəsi qalmalıdır.

Şöbə müdirinin sözlərinə görə, buraxılış işləri və dövlət imtahanlarının əsas məqsədi tələbənin kompetensiyasını müəyyənləşdirməkdir. Buna görə də bəzi ixtisaslar üzrə tələbənin kompetensiyasının buraxılış işi və dövlət imtahanı vasitəsilə öyrənilməsi lazımdır.

"Niyə indi biz deyirik ki, bu mütəxəssis günün tələblərinə cavab vermir. Çünki biz onlara fənləri keçirik, imtahanları da həmin fənlər üzrə salırıq. Amma bilmirik ki, tələbə həmin kompetensiyalara malikdir, ya yox, onun kadr kimi hazırlandığı sahə üzrə bilik və bacarığı var, ya yox. Bunun buraxılış işi və dövlət imtahanı vasitəsilə öyrənilməsi lazımdır. Biz Dillər Universitetinə buraxılış işi və dövlət imtahanının ləğvi üçün razılıq verəndə onlara dedik ki, siz tələbələrin kompetensiyalarını müəyyən edin. Tələbə buraxılış işi əvəzinə hesabat hazırlasın. Tələbə bu tapşırığa cavab verəndə artıq bilinəcək ki, o, doğrudan da mənim nəzərdə tutduğum kompetensiyalara malikdir, ya yox", - Mustafayev əlavə edib.

Xəbər lenti

Xəbər lenti