...

Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 11 Aprel 2012 12:55 (UTC +04:00)
Bu gün axşam saatlarına qədər Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Bu gün axşam saatlarına qədər Bakının Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə (D.Əliyeva, F.Əmirov, Ü.Hacıbəyov, Z.Əliyeva, K.Səfərəliyeva, R.Zorge, Puşkin, Xaqani, Nizami küçələrinin bir hissəsinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İçməli suyun verilməsində məhdudiyyətlər Dilarə Əliyeva küçəsində tikintisi başa çatan 400 metr uzunluğunda 300 mm diametrli yeni magistral və buna paralel 160 mm diametrli köməkçi su xəttinin şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Qeyd edək ki, yeni xətt şəbəkəyə qoşulduqdan sonra 1936-cı ildə çəkilmiş çuqun xəttin istismarı dayandırılacaq.

Xəbər lenti

Xəbər lenti