...

Türkiyə Azərbaycan turistlərini gözləyir

Cəmiyyət Materials 16 Aprel 2012 10:26 (UTC +04:00)
Türkiyənin ən əsrarəngiz təbiətə malik regionlarından olan Muğla bu il Azərbaycan turistləri üçün unudulmaz istirahət bəxş edəcək.
Türkiyə Azərbaycan turistlərini gözləyir

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir M.Əliyev/

Türkiyənin ən əsrarəngiz təbiətə malik regionlarından olan Muğla bu il Azərbaycan turistləri üçün unudulmaz istirahət bəxş edəcək. Bu barədə Trend-ə "AİTF-2012" XI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan Türkiyənin Muğla vilayətinin valisi Fatih Şahin bildirib.

Onun sözlərinə görə, Bodrum, Fətihə, Dalaman, Datça kimi məhşur kurort mərkəzlərinin yerləşdiyi Muğla bura səyahət edənləri öz təbiəti ilə təəccübləndirir. "Muğla vilayətinin ərazisinin 70 faizini meşələr örtür ki, bu da Aralıq dənizi sahilindəki bu ərazini əvəzolunmaz istirahət məkanı edir", - o bildirib.

Fatih Şahin həmçinin qeyd edib ki, Türkiyənin qədim yaşayış məskənlərindən olan Muğla vilayətində xeyli sayda tarixi abidələr yerləşir.

Vali qeyd edib ki, Muğla vilayətinə aprel-noyabr aylarını əhatə edən turizm mövsümündə 3 milyonadək turist gəlir. Onun sözlərinə görə, ümumilikdə 250 min yerlik hotellərə malik vilayətdə əyləncə, alış-veriş mərkəzləri, istirahət üçün lazımi infrastrukturlar mövcuddur.

"Dalaman" beynəlxalq hava limanının direktoru Həmdi Güvənc isə Trend-ə bildirib ki, rəhbərlik etdiyi aeroport həftədə 1 dəfə Bakıdan reys qəbul edir. O səyahət edənlərin artacağı təqdirdə reyslərin sayının artırılacağını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti