...

Bu ilin I rübündə DSMF-nin "190" məlumat xidmətinə 15 minə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 16 Aprel 2012 10:54 (UTC +04:00)
2012-ci ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 14 778 müraciət daxil olub.
Bu ilin I rübündə DSMF-nin "190" məlumat xidmətinə 15 minə yaxın müraciət daxil olub

Azərbaycan, Bakı, 16 aprel /Trend/

2012-ci ilin birinci rübü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun "190" nömrəli telefon məlumat xidmətinə əhali tərəfindən ümumilikdə 14 778 müraciət daxil olub.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, telefon məlumat xidmətinə daxil olan və bilavasitə operatorlara yönləndirilən sorğuların 53,5 faizi canlı rejimdə birbaşa olaraq məsləhətçi operatorlar tərəfindən cavablandırılıb. Müraciətlərin 46,5 faizi isə qeyri-iş günlərinə və saatlarına təsadüf edib ki, bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib.

Cari ilin 3 ayında "190" nömrəli telefon məlumat xidmətinə daxil olan və maarifləndirici xarakter daşıyan müraciətlərin 58,2 faizi bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 17,2 faizini məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 24,6 fazi isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub.

Telefon məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir. Xidmətdən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici video çarx DSMF-nin saytında (www.dsmf.gov.az, www.sspf.gov.az) yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti