...

Litva Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmini artırmaq niyyətindədir (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2012 18:03 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın kənd təsərrüfatı naziri Kazis Starkeviçyus ilə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, xüsusən də kənd təsərrüfatı sahəsində mövcud əlaqələr və əməkdaşlığın perspektivlərini müzakirə edib.
Litva Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmini artırmaq niyyətindədir (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litvanın kənd təsərrüfatı naziri Kazis Starkeviçyus ilə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, xüsusən də kənd təsərrüfatı sahəsində mövcud əlaqələr və əməkdaşlığın perspektivlərini müzakirə edib.

Azərbaycanın Litvadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iki ölkə arasında əmtəə dövriyyəsinin hər il artmasından məmnun olduğunu bildirən litvalı nazir burada kənd təsərrüfatı məhsullarının xüsusi payı olduğunu qeyd edib. O, Litvadan Azərbaycana ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmini və çeşidini artırmaq niyyətində olduqlarını qeyd edib.

Azərbaycanın Litva ilə bir çox sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirməyə önəm verdiyini vurğulayan Həsən Məmmədzadə aqrar sektorda fəaliyyət göstərən qurumlar arasında birbaşa əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd edib. Səfir iki ölkə arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsi üçün müvafiq işlərin aparıldığını bildirib. O qeyd edib ki, nazir Starkeviçyusun Azərbaycana səfəri iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına xidmət edəcək.

Starkeviçyus aprelin 18-20-də Bakıda keçiriləcək BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Avropa üzrə 28-ci regional konfransında məmnuniyyətlə iştirak edəcəyini və azərbaycanlı həmkarı ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün fürsəti olacağını bildirib.

Xəbər lenti

Xəbər lenti