...

Təhsil Nazirliyi istedadlı şagirdləri müəyyənləşdirəcək

Cəmiyyət Materials 20 Aprel 2012 13:33 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ölkədəki istedadlı orta məktəb şagirdlərini müəyyənləşdirəcək. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat verilib.
Təhsil Nazirliyi istedadlı şagirdləri müəyyənləşdirəcək

Azərbaycan, Bakı, 20 aprel / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ölkədəki istedadlı orta məktəb şagirdlərini müəyyənləşdirəcək. Bu barədə cümə günü Trend-ə nazirlikdən məlumat verilib.

Nazirlikdən bildirilib ki, istedadlı şagirdlərin seçimi 8, 9 və 10-cu sinif şagirdləri arasında aparılacaq.

Yerlər üzrə istedadlı şagirdlərin adları rayon və ya şəhər təhsil şöbələrinin İstedad Bankına daxil edilib.

Nazirlik ölkə üzrə istedadlı şagirdlərin təkrar seçimini həmin İstedad banklarına adı daxil edilmiş şagirdlər arasında aparacaq. Həmin uşaqların istedadlarının hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün onlara 50 sualdan ibarət test xarakterli, nisbətən mürəkkəb çalışmalar təqdim ediləcək.

Şagirdlərin hər bir suala verdiyi düzgün cavab 100 ballıq sistem əsasında 2 balla qiymətləndiriləcək. Aprelin sonuna kimi ölkədəki istedadlı şagirdlərlə bağlı ilkin baza formalaşacaq. May ayında isə onlar üçün müsabiqə keçiriləcək.

Seçilmiş istedadlı şagirdlərin yaradıcılığını müəyyən etmək üçün münbit şərait yaradılacaq, istedadlarının daha da inkişaf etdirilməsi üçün onlara göstərilən diqqət və qayğı artırılacaq, ali məktəblərin müəllim heyəti onlara hamilik edəcək.

Xəbər lenti

Xəbər lenti