...

Trend-in əməkdaşı inzibati hüquq mövzusunda keçirilmiş müsabiqənin qalibi olub

Cəmiyyət Materials 20 Aprel 2012 14:23 (UTC +04:00)
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Azərbaycanın inzibati hüququ" mövzusunda keçirdiyi iki müsabiqənin nəticələri açıqlanıb.
Trend-in əməkdaşı inzibati hüquq mövzusunda keçirilmiş müsabiqənin qalibi olub

Azərbaycan, Bakı, 20 aprel / Trend/

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Azərbaycanın inzibati hüququ" mövzusunda keçirdiyi iki müsabiqənin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, bu gün müsabiqənin nəticələrinin elan olunması ilə bağlı tədbir keçirilib.

GİZ-in Azərbaycandakı layihə rəhbəri Tomas Melser tədbirdəki çıxışında bildirib ki, Azərbaycanın inzibati hüququna dair jurnalistlər arasında keçirilmiş müsabiqəyə 19 yazı təqdim olunub. Yazılar Milli Məclisin, GİZ-in və Qafqaz Universitetinin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

3 yazı qalib olub. Trend-in əməkdaşı Könül Zərbalıyeva "İnzibati işlərdə məhkəmə aidiyyəti ilə bağlı yaranan problemlər: təcrübəsizlik, yoxsa qanunvericilikdə boşluq?" adlı məqaləsi ilə ikinci yerə layiq görülüb.

Ülviyyə Məmmədovanın "Fərdi taksilər hansı qanuna əsasən yığışdırılır?" məqaləsi də ikinci yerə layiq görülüb.

Müsabiqənin birincisi Gülər Mehdizadənin "Vurun uçsun" adlı yazısı olub.

Azərbaycanın inzibati hüququna dair hüquq və idarəetmə fakültələrinin tələbələri arasında keçirilmiş müsabiqənin nəticələri də elan olunub.

Bakı Dövlət Universitetinin hüquq faküitəsinin magistratura şöbəsinin 2-ci kurs tələbəsi Samir Mahmudov birinci, DİN-in Polis Akademiyasının 3-cü kurs müdavimi Rüstəm Xanhüseynov ikinci, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi Azadə Bağırova üçüncü yeri tutub.

Xəbər lenti

Xəbər lenti