...

Türkiyənin TRT kanalında Azərbaycan haqqında veriliş hazırlanacaq

Cəmiyyət Materials 20 Aprel 2012 14:14 (UTC +04:00)
Türkiyənin TRT telekanalının çəkiliş qrupu geniş heyətlə Azərbaycana gələcək. Bu barədə Trend-ə TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib.
Türkiyənin TRT kanalında Azərbaycan haqqında veriliş hazırlanacaq

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Türkiyənin TRT telekanalının çəkiliş qrupu geniş heyətlə Azərbaycana gələcək. Bu barədə Trend-ə TRT-nin Bakı nümayəndəliyindən məlumat verilib.

"Səfərdə məqsəd dost və qardaş ölkəni TRT1 ekranlarından dünyaya tanıtmaqdır. "Seyyah" proqramının planlaşdırdığı bu çəkimlrədə Azərbaycan və Gürcüstan dünyaya bir daha tanıdılacaq", - məlumatda deyilir.

TRT1 ekranlarından tamaşaçılarla görüşə gələn bu proqram yayım həyatına Qafqaz ölkələrini tanıtmaqla başlayacaq. Proqramın rejissoru və aparıcısı Bəkir Dəvəli Azərbaycanı qarış- qarış dolaşacaq.

"Əlbəttə ki, ilk ünvan küləklər şəhəri və Qafqazın incisi Bakı olacaq. Tarixi, mədəniyyəti ilə paytaxtın bütün gözəllikləri TRT ekranlarından dünyaya yayımlanacaq. Proqramda ayrıca Qarabağ problemi və qaçqınların həyatı, problemləri işıqlandırılacaq", - məlumatda qeyd olunur.

Səyyah proqramının çəkiliş qrupu 23 apreldə Bakıda çəkilişlərə başlayacaq.

Xəbər lenti

Xəbər lenti