...

Tehranda hər üç oğlan uşağından ikisi asma xəstəsidir

Cəmiyyət Materials 28 Aprel 2012 10:43 (UTC +04:00)
İranın paytatı Tehranda 1-8 yaşlı uşaqlar arasında asma xəstəliyi geniş formada yayılıb. Belə ki, hər üç oğlan uşağından ikisi və hər qız uşağından biri asma xəstəsidir
Tehranda hər üç oğlan uşağından ikisi asma xəstəsidir

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir T.Cəfərov/

İranın paytaxtı Tehranda 1-8 yaşlı uşaqlar arasında asma xəstəliyi geniş formada yayılıb. Belə ki, hər üç oğlan uşağından ikisi və hər qız uşağından biri asma xəstəsidir. Bunu Tehran şəhərində fəaliyyət göstərən uşaq həkimi Qulamrza Məşhudi deyib. Trend-in məlumatına görə, bu barədə İLNA xəbər agentliyi məlumat verir.

Məşhudi uşaqlarda bu xəstəliyin geniş formada yayılmasına allergiya, irsi meyillilik və Tehranın həddən artıq çirkli hava şəratinin səbəb olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti