...

Penitensiar Xidmət bəzi məhkumların müraciətlərinin məhkəməyə göndərilməsində süründürməçilik edilməsi ilə bağlı məlumatlara münasibət bildirib

Cəmiyyət Materials 28 Aprel 2012 17:23 (UTC +04:00)
Bəzi kütləvi informasiya vasitələrində azadlıqdan məhrum edilmiş şəxslərin cəzadan vaxtından əvvəl şərti azad olunmaları və ya məntəqə tipli cəzaçəkmə müəssisələrinə köçürülmələri ilə əlaqədar müraciətlərinin məhkəmə orqanlarına göndərilməsində guya süründürməçiliyə və gecikdirmələrə yol verilməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir.
Penitensiar Xidmət bəzi məhkumların müraciətlərinin məhkəməyə göndərilməsində süründürməçilik edilməsi ilə bağlı məlumatlara münasibət bildirib

Azərbaycan, Bakı, 28 aprel /Trend/

Bəzi kütləvi informasiya vasitələrində azadlıqdan məhrum edilmiş şəxslərin cəzadan vaxtından əvvəl şərti azad olunmaları və ya məntəqə tipli cəzaçəkmə müəssisələrinə köçürülmələri ilə əlaqədar müraciətlərinin məhkəmə orqanlarına göndərilməsində guya süründürməçiliyə və gecikdirmələrə yol verilməsi ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Bu məsələ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəhbərliyinin, aidiyyəti qurumların və cəzaçəkmə müəssisəsləri rəislərinin daim diqqət mərkəzindədir. Bu barədə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatda deyilir.

Məlumatda bildirilir ki, qüvvədə olan qanunvericiliyə əsasən, azadlıqdan məhrum edilmiş şəxslərin cəzadan vaxtından əvvəl şərti azad olunmaları və ya məntəqə tipli cəzaçəkmə müəssisələrinə köçürülmələri ilə əlaqədar müraciətləri cəzanı icra edən müəssisələrin rəhbərliyi tərəfindən gecikdirilmədən aidiyyəti üzrə ərazi məhkəmə orqanlarına göndərilir.

Məhkumun ərizəsi ilə birgə onun şəxsi işi və cəza çəkdiyi dövr ərzinde davranışına dair mülahizə də məhkəməyə təqdim olunur.

Məsələn, ayrı-ayrı mətbu orqanlarda vaxtaşırı adı hallandırılan, AR CM-in 233, 186.1,66.3 maddələri ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Arıf Alışlı cəzasının 1/3 hissəsini çəkdikdan sonra saxlandığı müəssisənin rəhbərliyi vasitəsilə Bakı şəhəri Xəzər rayon məhkəməsinə müraciət edib. Məhkəmə məhkum AIışlının ərizəsini, cəza çəkdiyi müddətdəki davranışı barədə tərtib olunmuş mülahizəni nəzərə alaraq onun məntəqə tipli cazaçəkmə müəssisəsinə köçürülməsi barədə qərar çıxarıb. Artıq bu gün, yəni 28 apreldə mahkum AIışlı Penitensiar Xidmətin tabeçiliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrinin birinə keçirilib.

Xəbər lenti

Xəbər lenti