...

BMT Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı dünya dövlətlərinə müraciət edib

Cəmiyyət Materials 1 May 2012 10:13 (UTC +04:00)
Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə BMT Baş katibi Pan Ki-mun və YUNESKO-nun baş direktoru İrina Bokova dünya dövlətlərinə müraciət edib.
BMT Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı dünya dövlətlərinə müraciət edib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir E.Mehdiyev/

Ümumdünya Mətbuat Azadlığı Günü münasibəti ilə BMT Baş katibi Pan Ki-mun və YUNESKO-nun baş direktoru İrina Bokova dünya dövlətlərinə müraciət edib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən çərşənbə axşamı Trend-ə daxil olan müraciətdə qeyd olunur ki, ifadə azadlığı bizim ən dəyərli insan hüquqlarımızdan biridir:

Bu hüquq bütün digər azadlıqların əsası olub insan ləyaqətinin təməlini təşkil edir. Onun mövcudluğu üçün isə ən vacib amil azad, plüralist və müstəqil mediadır.

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində qeyd olunduğu kimi, mətbuat azadlığı hər kəsə əqidə azadlığı və onu sərbəst şəkildə ifadə etmək, dövlət sərhədlərindən asılı olmayaraq istənilən media vasitəsilə informasiya və ideyaları qəbul etmək və yaymağa icazə verir. Sağlam və dinamik cəmiyyətlər üçün məhz belə bir azadlıq zəruridir.

İnformasiya müstəqilliyi cəmiyyətlərə daha geniş şəffaflığa və hesabatlılığa keçid vəd edir. Bu vəziyyət ünsiyyət qurmaq, informasiya və bilikləri paylaşmaq üçün yeni yollar açır.

Ümumdünya Mətbuat Azadlığı Günü mətbuat azadlığı naminə mübarizə bayrağını qaldırmaq üçün bizə verilmiş bir imkandır.

"Biz üzv dövlətlərə, dünyanın hər yerində fəaliyyət göstərən peşəkar media və qeyri-hökumət təşkilatlarına səslənərək onları həm internet, həm də digər yerlərdə beynəlxalq qəbul olunmuş prinsiplər əsasında özünü sərbəst ifadə etmək azadlığının inkişafına töhfə vermək üçün BMT ilə gücləri birləşdirməyə çağırırıq" müraciətdə qeyd olunur..

Xəbər lenti

Xəbər lenti