...

Konstitusiya Məhkəməsi məhkəmələrin və prokurorluğun yol verdiyi səhvi aradan qaldırıb

Cəmiyyət Materials 1 May 2012 11:55 (UTC +04:00)
Konstitusiya Məhkəməsi məhkəmələrin və prokurorluğun yol verdiyi səhvi aradan qaldırıb.
Konstitusiya Məhkəməsi məhkəmələrin və prokurorluğun yol verdiyi səhvi aradan qaldırıb

Azərbaycan, Bakı, 1 may / Trend müxbir K.Zərbalıyeva/

Konstitusiya Məhkəməsi məhkəmələrin və prokurorluğun yol verdiyi səhvi aradan qaldırıb.

KM-dən Trend-ə verilən məlumata görə, Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında Baş Prokurorluğun sorğusu əsasında Ali Məhkəmənin Plenimunun qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Prokurorluq dələduzluqda ittiham olunan Şahlar Bədirovun cinayət işi üzrə zərərçəkmişlərin hərəkətlərində cinayət tərkibinin olub-olmaması barədə araşdırma aparıb. Zərərçəkmişlərin barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə gəldiyi nəticəni sübutların qiymətləndirməsi haqqında qərarda həll edib.

KM-in qərarına görə, prokurorluq bu barədə Cinayət Prosessual Məcəllənin tələbinə görə, ayrı qərar qəbul etməlidir. Bu qərardan tərəflərin şikayət vermək hüququ olur.

Cinayət işinin məhkəmə baxışı zamanı Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmə çıxardığı hökmdə prokurorluğun qəbul etdiyi qərarın həmin hissəsini ləğv edib, zərəçəkmişlərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həll olunması barədə göstəriş verib.

Baş Prokurorluq hökmdən apelyasiya və kassasiya şikayəti versə də, təmin olunmayıb.

Baş Prokurorluq CPM-in 318.1-ci maddəsinin tətbiqi ilə bağlı KM-ə sorğu ilə müraciət edib.

KM-in qərarında qeyd olunur ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

Məhkəmə qərarında qeyd edir ki, prokurorluq hər bir halda işə xitam verirsə, yaxud cinayət işinin başlanmasını rədd edirsə, bu barədə ayrı qərar verməlidir.

Məhkəmə zərərçəkmişlərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinin həll olunması barədə göstəriş verə bilməz, cinayət prosesi iştirakçısının vəziyyəti ağırlaşdığı halda, bu məsələni dövlət ittihamçısı həll etməlidir.

Bunları əsas gətirən KM Ali Məhkəmənin Hərbi kollegiyasının 2011-ci il 7 iyul tarixli qərarının həmin hissəsinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş qaydada yenidən baxılmasına qərar verib.

Xəbər lenti

Xəbər lenti