...

Azərbaycanın təhsil sahəsində idmanla bağlı görüləcək tədbirlər müəyyənləşdirilib

Cəmiyyət Materials 1 May 2012 17:29 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.
Azərbaycanın təhsil sahəsində idmanla bağlı görüləcək tədbirlər müəyyənləşdirilib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın təhsil naziri Misir Mərdanov 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Trend çərşənbə axşamı Təhsil Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bununl bağlı nazirin əmrində nazirliyin icraya məsul struktur bölmələrinin rəhbərlərinə Tədbirlər Planının icrasını təmin etmək tapşırılıb. Onlar bu sahədə görülmüş işlər barədə bu il dekabrın 20-dək nazirliyin rəhbərliyinə hesabat verməlidirlər.

Tədbirlər Planına uyğun olaraq, oktyabr-noyabr aylarında Gənclər və İdman Nazirliyi ilə birgə ümumi təhsil müəssisələrinin şagirdləri arasında "Bizim olimpiya çempionlarımız" mövzusunda inşa müsabiqəsi keçiriləcək.

Azərbaycanın görkəmli idman mütəxəssisləri və idmançılarından bəhs edən "İdman ensiklopediyası" üzərində iş davam etdiriləcək.

Dekabrda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə birgə "İdman ili"nin ən yaxşılarını müəyyən etmək məqsədilə müxtəlif nominasiyalar üzrə respublika müsabiqəsi keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 29 mart 2012-ci il tarixli sərəncamı ilə 2012-ci il "İdman ili" elan edilib.

Xəbər lenti

Xəbər lenti