Azərbaycan, Bakı, 8 may / Trend müxbir K.Zərbalıyeva/
Qubada Vəlvələçay üzərində yerləşən körpü qəzalı vəziyyətə düşdüyündən bu gün səhər saat 10:00-dan həmin yol bağlanıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, Bakı Quba yolunun 146-cı kilometrliyində körpüdə çökmə olduğundan körpü üzərindən keçən Gəndob-Quba yolunda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Bakıdan Qubaya və Rusiya Federasiyası sərhədinə gedən avtomobillər alternativ yol kimi Gəndob-Xaçmaz yolundan keçməklə Quba istiqamətinə hərəkət edirlər.