...

Azərbaycan Ombudsmanının MPM qrupu azadlığı məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisəyə baş çəkib

Cəmiyyət Materials 14 May 2012 17:35 (UTC +04:00)
Azərbaycan ombudsmanın milli preventiv mexanizm (MPM) qrupu tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisəyə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlillər üçün internat evlərinə, pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr, monitorinqlər həyata keçirib.
Azərbaycan Ombudsmanının MPM qrupu azadlığı məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisəyə baş çəkib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir M.Əliyev/

Azərbaycan ombudsmanının milli preventiv mexanizm (MPM) qrupu tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlanıldığı 250-dən çox müəssisəyə, o cümlədən penitensiar müəssisələrə, müvəqqəti saxlama təcridxanalarına, habelə sosial obyektlərə, ahıllar və əlillər üçün internat evlərinə, pansionatlara, psixiatriya xəstəxanalarına başçəkmələr, monitorinqlər həyata keçirib.

Ombudsman Aparatının mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bunu ombusman Elmira Süleymanova Parisdə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində "İnsan hüquqlarının və idarəetmənin inkişafında ombudsmanın rolu" mövzusunda keçirilən beynəlxalq seminarda bildirib.

Süleymanova çıxışında beynəlxalq ekspertlərin Azərbaycan Ombudsmanının MPM qismində fəaliyyətini müsbət qiymətləndirdiyini bildirərək, təsisatdakı qaynar xətlər, hüquqi nəşrlər və plakatlar barədə məlumat verib.

Ombudsman digər hüquqlarla yanaşı, uşaqların, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqların işğalı nəticəsində qaçqın və məcburi köçkünə çevrilmiş, kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, müxtəlif xəstəliklərdən əziyyət çəkən, həmçinin əlil uşaqların hüquqlarının müdafiəsi ilə bağlı mühüm tədbirlərin görüldüyünü, müvafiq dövlət orqanlarına təkliflər verdiyini, bunların bir qisminin öz həllini tapdığını bildirib.

Süleymanova MPM qismində fəaliyyəti haqqında ətraflı məlumat verib, bu sahədə mövcud beynəlxalq sənədlərin öyrənilməsi, başçəkmələrin həyata keçirilməsi metodikası, aşkar olunmuş nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tövsiyələrin verilməsi təcrübəsi, həmin tövsiyələrin həyata keçirilməsi vəziyyətinin yoxlanılması, həmçinin görülmüş işlərin ictimaiyyətə çatdırılması barədə geniş məlumat verib.

Xəbər lenti

Xəbər lenti