...

Millət vəkili Novruz Aslanov Zaqatalada olub (FOTO)

Cəmiyyət Materials 23 May 2012 10:00 (UTC +04:00)

Mayın 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov zəlzələdən zərərçəkmiş insanlara humanitar yardımın göstərilməsi məqsədilə Zaqatala rayonuna səfər etmişdir. Səfərdə Qızıl Aypara Cəmiyyətinin Fövqəladə hallara hazırlıq və cavabvermə şöbəsinin mütəxəssisləri də iştirak etmişlər.

AzQAC-ın prezidenti Novruz Aslanov səfər zamanı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ilə görüş keçirmiş, zərərçəkmiş ailələrə baş çəkmişdir. Həmçinin, Novruz Aslanov Cəmiyyətin region üzrə yerli bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirərək yardımın göstərilməsi ilə əlaqədar tapşırıq və tövsiyələrini vermişdir. Müşavirədə Milli Məclisin deputatı Hikmət Atayev də iştirak etmişdir.

AzQAC-ın mütəxəssisləri yerli İcra Hakimiyyətinin əməkdaşları ilə birgə humanitar yardımın göstərilməsi üçün rayonda zəlzələdən ən çox zərər çəkmiş ailələri müəyyənləşdirmiş, yardımın əsasən Zəyəm və Bazar kəndlərində daha çox zərərçəkmiş ailələrə paylamışlar.

Yardıma 150 ədəd ədyal, döşək və yataq dəsti, 100 ədəd mətbəx dəsti və səyyar qaz pilitəsi, 400 ədəd dəsmal və gigiyenik dəst daxildir.

Qeyd edək ki, baş vermiş zəlzələ nəticəsində rayonda bir çox şəxsi və inzibati binalara zərər dəymişdir. Yeraltı təkanlar Zaqatala rayonundan başqa, Balakən, Şəki, Qax və digər ərazilərdə də hiss olunmuşdu.

Xəbər lenti

Xəbər lenti