...

Azərbaycanda QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanır

Cəmiyyət Materials 25 May 2012 19:06 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramının hazırlanması üçün təcrübəli QHT ekspertlərindən ibarət işçi qrup yaradıb.
Azərbaycanda QHT-lərin inkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanır

Azərbaycan, Bakı, 25 may /Trend/

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ölkə QHT-lərinin inkişafı üzrə Milli Fəaliyyət Proqramının hazırlanması üçün təcrübəli QHT ekspertlərindən ibarət işçi qrup yaradıb.

Trend-in məlumatına görə, bu gün Şura sədri Azay Quliyevin sədrliyi ilə işçi qrupun ilk iclası keçirilib.

İclasda çıxış edən ekspertlər hazırlanacaq sənədin ən azı yaxın beş il üçün QHT-lərin inkişaf perspektivlərini dəqiq ehtiva etməsinin vacibliyini vurğulayıblar. Bu mənada QHT qanunvericiliyinin təkmilləşdirilməsi, tədris və məlumatlandırma işinin daha effektiv təşkili, QHT-lərin faydalılıq əmsalı üzrə təsnifatlandırılması, region QHT-lərinin potensialının gücləndirilməsi, dövlət-QHT-biznes əməkdaşlığı və digər məsələlərin sənəddə öz əksini tapması ilkin variant olaraq irəli sürülüb.

Sənədin hazırlanma və müzakirəsi proseslərində QHT-lərin və beynəlxalq təşkilatların təkliflərinin nəzərə alınmasının da fayda verəcəyi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti