...

Gəncədə sənədsiz evlərin sənədləşdirilməsinə başlanılır

Cəmiyyət Materials 29 May 2012 10:02 (UTC +04:00)
Gəncədə sənədsiz evlərin qeydiyyata alınması və sənədləşdirilməsi prosesinə başlanılır.
Gəncədə sənədsiz evlərin sənədləşdirilməsinə başlanılır

Azərbaycan, Bakı, 29 may / Trend müxbir M.Əliyev/

Gəncədə sənədsiz evlərin qeydiyyata alınması və sənədləşdirilməsi prosesinə başlanılır. Trend-in məlumatına görə, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev jurnalistlərə bildirib.

Onun sözlərinə görə, evlərin sənədləşməsi tam şəffaf, "bir pəncərə" sistemi ilə aparılacaq, sənədləşmə üçün dövlət rüsumu maksimum 800-1000 manat təşkil edəcək.

"Artıq bu istiqamətdə işə başlanılıb, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Əmlak Məsələləri Komitəsi ilə müvafiq razılaşmalar əldə olunub. Mütləq bu məsələ öz həllini tapacaq", - Vəliyev vurğulayıb.

İcra başçısı qeyd edib ki, ilk növbədə Gəncənin Şıxzamanlı, Məhsəti, Natəvan, Sadıllı qəsəbələrindəki evlər sənədləşdiriləcək.

"Həmin qəsəbələrdə evlərin bir çoxu yeni tikililərdir və sənədləri yoxdur, hətta bəzilərinin ünvanları yoxdur", - o bildirib.

Vəliyev deyib ki, evlərin sənədləşdirilməsi aparıldıqdan sonra şəhər əhalisinin sayını da dəqiqləşdirmək olacaq.

Xəbər lenti

Xəbər lenti