...

Azərbaycanda bəzi cəzaçəkmə müəssisələrinin rəisləri işdən çıxarılıb

Cəmiyyət Materials 6 İyun 2012 15:32 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki iki cəzaçəkmə müəssisəsinin rəisi işdən azad olunub.
Azərbaycanda bəzi cəzaçəkmə müəssisələrinin rəisləri işdən çıxarılıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki iki cəzaçəkmə müəssisəsinin rəisi işdən azad olunub.

Ədliyyə Nazirliyinin Cəzaların İcrası Müfəttişliyinin rəisi Malik Ələkbərov Trend-ə bildirib ki, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə 17 saylı cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənov və 9 saylı cəzaçəkmə müəssisəsinin rəis əvəzi Fazil Allahverdiyev yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad olunublar.

Hazırda həmin müəssisələrə yeni rəis təyin olunmayıb.

Xəbər lenti

Xəbər lenti