...

Bakıda qanvermə aksiyası keçiriləcək

Cəmiyyət Materials 13 İyun 2012 15:13 (UTC +04:00)
Sabah Bakıda 14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş qanvermə aksiyası keçiriləcək.
Bakıda qanvermə aksiyası keçiriləcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda 14 İyun - Ümumdünya Qan Donoru Gününə həsr olunmuş qanvermə aksiyası keçiriləcək.

Qan Donorları Assosiasiyasından çərşənbə günü Trend-ə verilən məlumata görə, dünyanın bir çox ölkəsində 14 İyun - Ümumdünya Qan Donoru Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycanda da "Hilton Baku" hotelinin təşəbbüsü və Qan Donorları Assosiasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası təşkil olunacaq.

Aksiya saat 12:00-dan 15:00-dək "Hilton Baku" hotelində keçiriləcək.

Aksiya ictimaiyyət üçün açıqdır. Buna görə də səhhətində problem olmayan hər bir kəs bu aksiyada sərbəst iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti