...

Ankaradakı prospektlərdən birinə Xocalı adı verilib

Cəmiyyət Materials 14 İyun 2012 19:30 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankaradakı prospektlərdən birinə Xocalı adı verilib.
Ankaradakı prospektlərdən birinə Xocalı adı verilib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Türkiyənin paytaxtı Ankaradakı prospektlərdən birinə Xocalı adı verilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Ankara Böyükşəhər Bələdiyyəsinin Adların verilməsi komissiyasının Bələdiyyə Məclisində irəli sürdüyü, 82 nəfər üzvün dəstəyi ilə qəbul olunmuş və Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 12 mart 2012-ci il tarixində Ankara Böyükşəhər Bələdiyyəsinin 319 saylı qərarı ilə Ankaranın ən böyük rayonlarından biri olan və 558 223 nəfər əhalinin yaşadığı Mamak rayonunun 1868 metr uzunluğu, 17 metr eni olan 636-cı prospektinə Xocalı adı verilib.

Qeyd edək ki, Xocalı prospekti Mamak rayonunun ən böyük prospektlərindən biridir və Ankaranın Şahintepe-Şirintepe-Misket-Dutluk məhəllələrini birləşdirir.

Xəbər lenti

Xəbər lenti