...

Azərbaycanda xəstəliklərini gizlədən donorlar cərimələnəcəklər

Cəmiyyət Materials 19 İyun 2012 11:59 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.
Azərbaycanda xəstəliklərini gizlədən donorlar cərimələnəcəklər

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda xəstəliklərini gizlədən donorlar cərimələnəcəklər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Trend-ə verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

Həmin dəyişikliyə görə, donor olmaq istəyən şəxs əvvəllər keçirdiyi və hazırkı xəstəliklərini, narkotik vasitələr və psixotrop maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat vermədikdə 30 manatdan 35 manatadək miqdarda cərimə ediləcək.

Bundan başqa, tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin götürülməsinə görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 40 manatdan 65 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər.

Müalicə müəssisələri tərəfindən qanın, qan komponentlərinin Recipient-ə köçürülməsi nəticəsində baş verən hər hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə fiziki şəxslər 35 manatdan 40 manatadək, vəzifəli şəxslər 40 manatdan 65 manatadək, hüquqi şəxslər isə 100 manatdan 150 manatadək cərimə ediləcək.

Qanun layihəsi komitənin bu gün keçirilən iclasında Milli Məclisə tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti