...

Litvalı nazir: Azərbaycanlı tələbələrlə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılacaq

Cəmiyyət Materials 20 İyun 2012 17:31 (UTC +04:00)
Litvanın Elm və Təhsil Nazirliyi bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələləri daim diqqət mərkəzində saxlayacaq.
Litvalı nazir: Azərbaycanlı tələbələrlə bağlı bütün məsələlər diqqət mərkəzində saxlanılacaq

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir İ.İsabalayeva/

Litvanın Elm və Təhsil Nazirliyi bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələləri daim diqqət mərkəzində saxlayacaq. Trend çərşənbə günü Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Litvanın elm və təhsil naziri Gintaras Stepanoviçiyus həmin ölkədə səfərdə olan Azərbaycanın təhsil naziri Misir Mərdanovla görüşündə deyib.

O bildirib ki, Azərbaycanla təhsil sahəsində mövcud olan əlaqələrin inkişafını yüksək dəyərləndirir. Nazirlik bundan sonra da Azərbaycanla təhsil sahəsində mövcud əlaqələrin daha da inkişafı üçün səylərini artıracaq.

Görüşdə ali təhsil, peşə təhsili sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm veriləcəyi bildirilib.

Misir Mərdanov isə hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını söyləyib. O, bu rəqəmin daha da artırılması üçün müvafiq işlərin görüləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti