...

Müqəddəs kitabların Azərbaycana idxalı sadələşdirilə bilər

Cəmiyyət Materials 23 İyun 2012 13:01 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qurani-Kərim" və digər müqəddəs kitabların ölkəyə gətirilməsi ilə bağlı məsələnin sadələşdirilməsini təklif edir.
Müqəddəs kitabların Azərbaycana idxalı sadələşdirilə bilər

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.İsabalayeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Qurani-Kərim" və digər müqəddəs kitabların ölkəyə gətirilməsi ilə bağlı məsələnin sadələşdirilməsini təklif edir. Trend-in məlumatına görə, komitə sədri Elşad İskəndərov şənbə günü jurnalistlərə müsahibəsində deyib ki, hazırda bu istiqamətdə iş aparılır.

"Qurani-Kərim"i respublikaya gətirən insanlar üçün ölkəyə daxil olarkən çox çətinliklər yaranırdı. Əgər müqəddəs kitablarda tərcümə, təhrif yoxdursa, bu kitabların şərhində onları təhrif edə biləcək məlumatlar yoxdursa, belə kitablar ekspertizadan keçmədən ölkəyə buraxıla bilər", - İskəndərov bildirib.

O deyib ki, hazırda dini ədəbiyyat satan mağazaların qeydiyyatı prosesi aparılır. Komitə sədrinin sözlərinə görə, Bakıda 25-dək mağaza dini ədəbiyyatın satışı üçün icazə alıb.

İskəndərovun sözlərinə görə, dini ədəbiyyat satan mağazaların şəraiti də çox mühüm rol oynayır. Çünki bəzən müqəddəs kitablar onların satışı üçün münasib və onların layiq olmadığı bir yerdə satılır.

"Müraciət edənlərə icazənin verilib-verilməməsi prosesi başa çatdıqdan sonra bu monitorinqlərlə məşğul olacağıq. Ümumiyyətlə, məqsəd odur ki, Azərbaycanın milli-mənəvi ənənələrini əks etdirən dini kitabların satışı ilə məşğul olan mağazalar varsa, onlar müasir dizayna, modelə uyğun olmalıdırlar. Həmin mağazaların xarici görünüşü də cəlbedici olmalıdır. Ən əsası isə həmin mağazalarda satılan ədəbiyyatlar çox sağlam olmalıdır", - komitə sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti