...

Misir Mərdanov Dağıstanın əməkdar elm xadimi adına layiq görülüb

Cəmiyyət Materials 25 İyun 2012 15:14 (UTC +04:00)
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
Misir Mərdanov Dağıstanın əməkdar elm xadimi adına layiq görülüb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Trend-in bazar ertəsi Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu münasibətlə iyunun 25-də keçirilən tədbirdə çıxış edən Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycan və Dağıstan xalqlarının qardaşlıq, dostluq əlaqələrinə böyük önəm verdiyini vurğulayıb. Nazir Azərbaycanla Dağıstan arasında təhsil sahəsi üzrə əməkdaşlıq imkanlarının artırılmasının zəruriliyinə də toxunub.

Tədbirdə iştirak edən Dağıstan Respublikasının Azərbaycan nümayəndəliyinin rəhbəri Maqomed Qurbanov Azərbaycan-Dağıstan əlaqələrinin yüksək inkişafından, son illər ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb.

Daha sonra Maqomed Qurbanov Dağıstanın Prezidenti Maqomedsalam Maqomedovun sərəncamına əsasən, təhsil naziri Misir Mərdanova Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adının verildiyini bildirib. M.Qurbanov müvafiq diplomu və fəxri adın verilməsi haqqında vəsiqəni Misir Mərdanova təqdim edib. Təhsil naziri Misir Mərdanov ona verilən bu yüksək fəxri ad üçün Dağıstan Respublikasının rəhbərliyinə, bu respublikanın Azərbaycandakı təmsilçisinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti