...

TQDK 11 şagirdi imtahandan xaric edib

Cəmiyyət Materials 25 İyun 2012 15:49 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də keçirdiyi buraxılış imtahanlarında 11 şagird imtahandan xaric edilib.
TQDK 11 şagirdi imtahandan xaric edib

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 24-də keçirdiyi buraxılış imtahanlarında 11 şagird imtahandan xaric edilib.

Komissiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, onlar müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən başqasının yerinə imtahana girmə, mobil telefonla imtahan binasına keçməyə cəhd, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric ediliblər və nəticələri ləğv olunub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib.

Hazırda TQDK-da imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, iyunun 24-də imtahan respublikanın bir sıra şəhər və rayonlarında, o cümlədən Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaşda orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilib.

Xəbər lenti

Xəbər lenti