...

Azad Rəhimov: Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaq

Cəmiyyət Materials 4 İyul 2012 13:45 (UTC +04:00)
Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərə bildirib.
Azad Rəhimov: Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaq

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir M.Əliyev/

Gənclər Fondunun fəaliyyəti gənclərin inkişafına təkan olacaq. Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov çərşənbə günü jurnalistlərə bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda 13 gənclər evi tikilib və hazırda regionlarda 10 gənclər evi tikilir.

"Artıq gənclər çayxanada deyil, gənclər evində toplanacaq. Orada kitabxana, əyləncə mərkəzləri, diskotekalar təşkil olunacaq", - Rəhimov deyib.

Nazir qeyd edib ki, "İşğal altında" kompüter oyunu bu yaxınlarda təqdim olunacaq. Həmin oyun vasitəsilə gənclər kompüter qrafikası ilə virtual olaraq Şuşanı işğaldan azad edə bilərlər.

Nazirin sözlərinə görə, gənclərin inkişafı ilə bağlı televiziya kanallarında 4 yeni proqram hazırlanır.

Xəbər lenti

Xəbər lenti