...

Kürdə suyun səviyyəsi azalıb

Cəmiyyət Materials 9 İyul 2012 15:23 (UTC +04:00)
İyulun 6-dan başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 30 sm azalıb.
Kürdə suyun səviyyəsi azalıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İsabalayeva/

İyulun 6-dan başlayaraq Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 30 sm azalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda məntəqədə su sərfi 120 m3/s və ongünlük normanın 40 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 217 m3/s və ongünlük normanın 73 faizini təşkil edib.

Son üç gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində azalma davam edir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 35 sm, Şirvanda 46 sm, Salyanda 45 sm, Bankədə 21 sm, Araz çayının Novruzlu məntəqəsində isə 20 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2011-ci il iyulun 9-da 438 sm), Şirvanda 275 sm (2011-ci il iyulun 9-da 315 sm), Salyanda 238 sm (2011-ci il iyulun 9-da 310 sm), Bankədə 239 sm (2011-ci il iyulun 9-da 249 sm), Araz çayının Novruzlu məntəqəsində isə 150 sm (2011-ci il iyulun 9-da 160 sm) təşkil edir.

Son iki gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Lakin iyulun 9-da suyun səviyyəsində 5 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 148 m3/s olmaqla, ongünlük normanın 146 faizini təşkil edir. 2011-ci ildə bu göstərici cari illə müqayisədə bir qədər az olmaqla 85 m3/s təşkil edib və ongünlük normanın 58 faizinə bərabər olub.

Xəbər lenti

Xəbər lenti