...

Ziyafət Əsgərov: Azərbaycan turizm sahəsində İspaniyanın təcrübəsindən yararlana bilər

Cəmiyyət Materials 10 İyul 2012 16:05 (UTC +04:00)
İspaniyanın turizm sahəsində böyük təcrübəsi var və biz bu təcrübədən yararlana bilərik.
Ziyafət Əsgərov: Azərbaycan turizm sahəsində İspaniyanın təcrübəsindən yararlana bilər

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir M.Əliyev/

İspaniyanın turizm sahəsində böyük təcrübəsi var və biz bu təcrübədən yararlana bilərik. Trend-in məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan İspaniyanın xarici işlər üzrə dövlət katibi Qonzalo de-Benito Sekadesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib.

Əsgərov deyib ki, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var, xüsusilə də siyasi, iqtisadi və turizm əlaqələrini genişləndirmək vacibdir.

Birinci vitse-spiker qeyd edib ki, Azərbaycan İspaniya ilə əlaqələrin dərinləşməsində maraqlıdır və bunu bizim dövlət maraqlarımız tələb edir. "Əlaqələrin genişlənməsi Avropa İttifaqı və Avropa Şurası baxımından da bizim üçün önəmlidir", - o bildirib.

Qonzalo de-Benito Sekades görüşdə bildirdi ki, İspaniya da Azərbaycanla əlaqələrin, xüsusən, iqtisadi sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır və İspaniya şirkətləri Azərbaycana çox böyük diqqət yetirirlər.

Xəbər lenti

Xəbər lenti