...

Azərbaycanda magistraturaya qəbul olanların qeydiyyat müddəti uzadılıb

Cəmiyyət Materials 11 İyul 2012 16:40 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib.
Azərbaycanda magistraturaya qəbul olanların qeydiyyat müddəti uzadılıb

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olanların qeydiyyat müddətinin uzadılması barədə qərar qəbul edib.

Komissiyanın mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, magistraturaya qəbul olanların yalnız 77 faizi iyulun 11-dək qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçib. TQDK bunu nəzərə alaraq qeydiyyat müddətinin iyulun 13-ü saat 17:00-dək uzadılması barədə qərar qəbul edib.

Magistraturaya qəbul olanlar tələb olunan sənədləri qeyd olunan müddətədək qəbul olunduqları ali təhsil müəssisəsinə təqdim etməklə təhsil alma formasını seçib qeydiyyatdan keçməlidirlər.

TQDK ali təhsil müəssisələrinin rektorlarının nəzərinə bir daha çatdırır ki, "Magistr" jurnalının 2012-ci il 4-cü sayında qarşısında təhsilalma forması "Ə/Q" (əyani/qiyabi) kimi göstərilmiş ixtisaslaşmalara qəbul olunmuş bakalavrlar qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçərkən öz arzuları ilə əyani və ya qiyabi təhsilalma formasını seçə bilərlər.

Xəbər lenti

Xəbər lenti