...

Azərbaycanda turizm sektorunda çalışanların sayı artıb

Cəmiyyət Materials 12 İyul 2012 14:14 (UTC +04:00)
Son 5 ildə Azərbaycanda turizm sektorunda çalışanların sayı artıb.
Azərbaycanda turizm sektorunda çalışanların sayı artıb

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Son 5 ildə Azərbaycanda turizm sektorunda çalışanların sayı artıb. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Turizm sahəsində kadr hazırlığı: nailiyyətlər, problemlər və əsas vəzifələr" mövzusunda keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, əgər əvvəllər bu sektorda çalışanların sayı 3-4 min nəfər idisə, indi 10 minə çatır.

Nazir deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2006-ci ildə Azərbaycan Turizm İnstitutu yaradılıb. Həmçinin bu ildən Bakı Turizm Peşə Məktəbi fəaliyyət göstərir.

Qarayevin sözlərinə görə, Azərbaycan Turizm İnstitutunu bitirən məzunların 90 faizi işlə təmin olunub və yay mövsümündə İnstitutun tələbələri dünyanın 6-7 ölkəsinə təlimlərə göndərilir.

Nazir deyib ki, 5 il bundan öncə Azərbaycan 1,2 milyon turist qəbul edirdisə, hazırda bu rəqəm 2,2 milyona çatıb.

Xəbər lenti

Xəbər lenti