...

Sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 16 İyul 2012 13:26 (UTC +04:00)
İyulun 17-dən başlayaraq ölkə ərazisində havanın temperaturu ötən günlərə nisbətən yüksələcək.
Sabahdan Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

İyulun 17-dən başlayaraq ölkə ərazisində havanın temperaturu ötən günlərə nisbətən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bazar ertəsi Trend-ə deyib ki, qısa müddət davam edən bu isti günlərdən sonra - iyulun 19-20-də hava yenidən sərinləşəcək.

İyulun 17, 18, 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, buludlu olacağı gözlənilir. İyulun 17-də mülayim şimal qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq. İyulun 17-18-də havanın temperaturu gündüz 30-35 dərəcə isti təşkil edəcək. İyulun 19-da şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 27-32 dərəcə isti olacaq.

Yaxın üç gün ərzində Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, qısamüddətli yağış yağacaq.

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında 30-35, dağlarda 19-24 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti