...

Bakıda limonadın tərkibində bağırsaq çöpləri aşkar edilib

Cəmiyyət Materials 17 İyul 2012 15:47 (UTC +04:00)
Bakıda limonadın tərkibində bağırsaq çöpləri aşkar edilib
Bakıda limonadın tərkibində bağırsaq çöpləri aşkar edilib

Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir M.Əliyev/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Məktəb küçəsi, 4a ünvanında Süleyman Süleymanova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisənin anbarında olan hazır məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib.

Laborator müayinələr nəticəsində müəssisədə istehsal edilən düşes və tərxun limonadlarının və qazlı suların tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalardan koli-indeksin normadan dəfələrlə çox olduğu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə Xidmətdən çərşənbə axşamı bildirilib.

Laborator müayinələrin nəticələrinə əsasən, istehlaka yararsız 800 litr sərinləşdirici içkinin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Süleyman Süleymanova icrası məcburi göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti