...

Azərbaycanda qədim dilləri bilən mütəxəssislərin hazırlanması sürətləndiriləcək

Cəmiyyət Materials 23 İyul 2012 16:14 (UTC +04:00)
Azərbaycanda qədim dillərdə olan mənbələrdən istifadə edə bilən mütəxəssislərin hazırlanması işinin sürətləndirilməsi qərara alınıb.
Azərbaycanda qədim dilləri bilən mütəxəssislərin hazırlanması sürətləndiriləcək

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qədim dillərdə olan mənbələrdən istifadə edə bilən mütəxəssislərin hazırlanması işinin sürətləndirilməsi qərara alınıb.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Elmlər Akademiyasının Tarix İnstitutunda AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən toplantıda qəbul olunub.

İclasda Azərbaycan tarixi üzrə ilk mənbələrdən istifadə etmək məqsədilə qədim dillərin öyrənilməsi məsələsi müzakirə olunub. Məsələ ilə əlaqədar respublikanın müxtəlif elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən nadir mütəxəssislərin instituta cəlb olunması qərara alınıb. Bu məqsədlə İnstitutda qədim dillərin tədris olunduğu xüsusi qruplar yaradılıb.

Xəbər lenti

Xəbər lenti