...

Naxçıvanda mis-daş dövrünə aid arxeoloji nümunələr aşkarlanıb

Cəmiyyət Materials 24 Avqust 2012 15:24 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı qədim yaşayış yerində apardığı tədqiqatlar zamanı eneolit (mis-daş dövrü) dövrünə aid arxeoloji nümunələr aşkarlayıb.
Naxçıvanda mis-daş dövrünə aid arxeoloji nümunələr aşkarlanıb

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı qədim yaşayış yerində apardığı tədqiqatlar zamanı eneolit (mis-daş dövrü) dövrünə aid arxeoloji nümunələr aşkarlayıb. Bunu cümə günü Trend-ə Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Şahtaxtı arxeoloji ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib.

Onun sözlərinə görə, ərazidə qazıntı aparılarkən yeni eneolit dövrü təbəqəsi aşkarlanıb. Həmin təbəqədə keramika qırıqları və tikinti qalıqları üzə çıxarılıb.

Ağayev deyib ki, əvvəlki qazıntılar zamanı ərazidə 20 sm hündürlüyü olan eneolit dövrü təbəqəsi aşkarlasalar da, son qazıntılar zamanı bu təbəqəni 41 sm-dək tədqiq etmək mümkün olub. Amma həmin ərazidə qrunt suyu çıxdığından təbəqəni sonadək tədqiq etmək mümkün olmayıb. Buna görə də müvafiq orqanlara Şahtaxtı qədim yaşayış yerinin şimal və şimal-şərq hissələrində drenajların qoyulması və bundan sonra tədqiqatların daha geniş şəkildə aparılması təklif edilib.

Xəbər lenti

Xəbər lenti