...

Azərbaycanda rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 Avqust 2012 17:37 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üzrə ali tibb təhsili əsasında həkim mütəxəssis kimi hazırlanmaq məqsədilə rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.
Azərbaycanda rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üzrə ali tibb təhsili əsasında həkim mütəxəssis kimi hazırlanmaq məqsədilə rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahan nəticələri uqurmun saytında yerləşdirilib.

Namizədlər avqustun 25-də baza, avqustun 26-da ixtisas fənləri üzrə imtahan veriblər.

Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.

İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq, imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Xəbər lenti

Xəbər lenti