...

Azərbaycanda miqrasiya orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək

Cəmiyyət Materials 28 Avqust 2012 10:03 (UTC +04:00)
Sentyabrın 2-də miqrasiya orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək
Azərbaycanda miqrasiya orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək

Azərbaycan, Bakı, 28 avqust /Trend müxbir K.Zərbalıyeva/

Sentyabrın 2-də miqrasiya orqanlarına işə qəbulla bağlı test imtahanı keçiriləcək.

Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata görə, imtahan Bakı şəhəri, Möhsün Sənani küçəsi 14 ünvanında yerləşən Qızlar Universitetinin inzibati binasında keçiriləcək.

Qulluğa qəbul ilə bağlı müraciət etmiş namizədlər "İmtahana buraxılış vərəqəsi"ni sentyabrın 1-dək saat 09:00-dan saat 17:00-a qədər Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü məhəllə, Binəqədi şossesi 202 ünvanından - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Aparatından əldə edə bilərlər.

Qeyd edək ki, miqrasiya orqanlarına qulluğa qəbul ilə əlaqədar iyulun 2-dən avqustun 3-dək elan olunmuş sənəd qəbulu başa çatıb.

Xəbər lenti

Xəbər lenti