...

Bakıda sərnişin qatarı ilə avtobusun toqquşması nəticəsində xəstəxanaya yerləşdirilən yaralıların bir hissəsi reanimasiyada müalicə olunur

Cəmiyyət Materials 1 Sentyabr 2012 10:01 (UTC +04:00)
Bakının Qaradağ rayonunda avqustun 31-də səhər saatlarında sərnişin avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən 6-sı hazırda reanimasiya şöbəsində müalicə olunur.
Bakıda sərnişin qatarı ilə avtobusun toqquşması nəticəsində xəstəxanaya yerləşdirilən yaralıların bir hissəsi reanimasiyada müalicə olunur

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bakının Qaradağ rayonunda avqustun 31-də səhər saatlarında sərnişin avtobusu ilə sərnişin qatarının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrdən 6-sı hazırda reanimasiya şöbəsində müalicə olunur. Bunu Trend-in xəstəxanada olan müxbirinə mərkəzin baş həkimi Tərlan Bəbirov deyib.

Onun sözlərinə görə, həmin xəstələrin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

Bəbirov bildirib ki, xəstələrin 26-sı mərkəzdə palatalara yerləşdirilib.

O, xəstələrin vəziyyətində ciddi dəyişiklərin olmadığını da söyləyib.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 54 nəfər xəsarət alıb. Onlardan 6-sı dünyasını dəyişib. Yaralılardan 1 nəfəri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, 1 nəfəri isə Mərkəzi Neftçilər Xəstəxanasında müalicə edilir. 18 nəfərə dünən ambulator yardım göstərilərək evə buraxılıb.

Xəbər lenti

Xəbər lenti