...

Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün payız buraxılış imtahanlarının vaxtı dəyişdirilir

Cəmiyyət Materials 14 Sentyabr 2012 11:45 (UTC +04:00)
Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün payız buraxılış imtahanlarının keçirilmə tarixi dəyişdirilir.
Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün payız buraxılış imtahanlarının vaxtı dəyişdirilir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda orta məktəblərin 9-cu sinif şagirdləri üçün payız buraxılış imtahanlarının keçirilmə tarixi dəyişdirilir. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il payız imtahanları payızda keçirilib. Gələndən isə imtahanlar artıq yazda keçiriləcək.

Abbaszadə deyib ki, payız imtahanında kəsilən şagirdlər hazırda arayış alırlar. Onlar gələn il yenidən imtahan verib şəhadətnamə almaq hüququna malikdirlər.

"Təkrar imtahanların yazda keçirilməsi həmin şagirdlərə şəhadətnamə almaq və ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etməyə imkan verəcək", - TQDK sədri bildirib.

Abbaszadə deyib ki, sentyabrın 9-da keçirilən payız imtahanında iştirak edən 28 mindən çox şagirddən 16933 nəfəri Riyaziyyat, 10125 nəfəri Ana dilindən imtahan verib. Riyaziyyatdan imtahan verən şagirdlərin 4821 nəfəri, Ana dili fənnindən imtahan verən 2406 şagird "2" qiyməti alıb. Ümumilkdə 9 illik baza üzrə ilkin buraxılış və təkrar imtahanlarda ümumilikdə 117363 nəfər iştirak edib. Onlardan 63372 nəfəri oğlan, 53991 nəfəri qızlar olub. İmtahanın nəticələrinə əsasən, hər iki imtahanda iştirak edən şagirdlərin 81 faizi imtahanlardan müvəffəq qiymət alıb. Qalan şagirdlər isə kəsilib.

Xəbər lenti

Xəbər lenti