...

Sabahdan Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

Cəmiyyət Materials 24 Sentyabr 2012 13:01 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək
Sabahdan Azərbaycan ərazisində hava şəraiti mülayimləşəcək, temperatur yüksələcək

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Sabahdan Azərbaycan ərazisində hava şəraiti nisbətən mülayimləşəcək, temperatur yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bazar ertəsi Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 25-də hava şəraitinin dəyişkən buludlu, günün birinci yarısında arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

Sentyabrın 25-dən 27-dək Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

Xəbər lenti

Xəbər lenti