...

Taner Yıldız: Ermənistandakı AES bütün region üçün təhlükədir

Cəmiyyət Materials 27 Sentyabr 2012 09:46 (UTC +04:00)
Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES bütün region üçün böyük təhlükə törədir. Bu barədə Türkiyənin energetika naziri Taner Yıldız bəyan edib.
Taner Yıldız: Ermənistandakı AES bütün region üçün təhlükədir

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Ermənistanda fəaliyyət göstərən "Metsamor" AES bütün region üçün böyük təhlükə törədir. Bu barədə Türkiyənin energetika naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə axşamı Türkiyənin "Haberturk" qəzeti yayıb.

Nazirin sözlərinə görə, "Metsamor" AES artıq 40 ildir fəaliyyət göstərir və o, etibarsızdır.

Ermənistan "Metsamor" stansiyasından daha güclü AES tikmək niyyətindədir. Layihənin 1 milyard dollara başa gələcəyi ehtimal olunur.

"Metsamor" AES-in istismar müddəti 2010-cu ildə başa çatıb, lakin Ermənistan və BAEA-nın ekspertləri stansiyanın istismarının 2016-cı ilədək uzadılması barədə razılığa gəliblər.

"Metsamor" AES 1970-ci ildə tikilib. 1988-ci ildə 25 min insanın həyatına son qoyan dağıdıcı Spitak zəlzələsindən sonra "Metsamor"un işi dayandırılıb, lakin 1995-ci ildə bütün beynəlxalq etirazlara baxmayaraq AES-in fəaliyyəti bərpa edilib, hətta əlavə olaraq ikinci reaktor da istehsalata buraxılıb.
Son 10 ildə bu zonada xeyli miqdarda kiçik zəlzələlərin baş verdiyi, seysmoloqların araşdırmalarına görə bu proseslərin intensivləşməkdə olduğu nəzərə alınarsa, "Metsamor"da böyük qəza törənəcəyi halda yalnız Ermənistan deyil, bütün Cənubi Qafqaz, Yaxın və Orta Şərq ölkələri də ciddi ziyan görəcəklər.

Xəbər lenti

Xəbər lenti