...

Riçard Morninqstar: Azərbaycanda son illər neft-qaz sektorunun inkişafında ARDNŞ mühüm rol oynayır (FOTO)

Cəmiyyət Materials 3 Oktyabr 2012 00:49 (UTC +04:00)
Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi neft-qaz sektorunda da böyük inkişaf müşahidə edilir və bu inkişafda ARDNŞ mühüm rol oynayır.
Riçard Morninqstar: Azərbaycanda son illər neft-qaz sektorunun inkişafında ARDNŞ mühüm rol oynayır (FOTO)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Azərbaycanda son illər bütün sahələrdə olduğu kimi neft-qaz sektorunda da böyük inkişaf müşahidə edilir və bu inkişafda ARDNŞ mühüm rol oynayır. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Bakıda ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə keçirdiyi görüşdə bildirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin rəsmi saytında yerləşdirdiyi məlumatda deyilir.

Görüş zamanı qonağı səmimi salamlayan Abdullayev onu Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib. Morninqstarın regionu yaxından tanıyan, enerji məsələlərini dərindən bilən təcrübəli diplomat olduğunu qeyd edən ARDNŞ prezidenti səfirə yeni vəzifəsində uğurlar arzulayıb. Morninqstar isə qarşıdakı illərdə şirkətin fəaliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib.

Azərbaycanın neft-qaz sənayesində son dövrlərdə baş verən yeniliklər haqqında qonağı məlumatlandıran Abdullayev həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini vurğulayıb. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynaya biləcəyini qeyd edən ARDNŞ prezidenti Cənub Qaz Dəhlizi layihəsinin gerçəkləşdirilməsi istiqamətində aparılan işlərdən danışmış, bu sahədə faəliyyətin daha da genişlənəciyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti