...

ARDNŞ böyük investisiya layihələri həyata keçirməsi yeni kadrlara tələbatı artırır - rektor

Cəmiyyət Materials 5 Oktyabr 2012 17:13 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) həm ölkə daxilində, həm xaricində böyük investisiya layihələri həyata keçirməsi yeni kadrlara tələbatı artırır.
ARDNŞ böyük investisiya layihələri həyata keçirməsi yeni kadrlara tələbatı artırır - rektor

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) həm ölkə daxilində, həm xaricində böyük investisiya layihələri həyata keçirməsi yeni kadrlara tələbatı artırır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov deyib.

"Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həm ölkə daxilində, həm də ölkə xaricində böyük investisiya layihələri həyata keçirir, neft-qaz kompleksləri tikir. Belə layihələrin həyata keçirilməsi üçün yüksək ixtisaslı, ingilis dilini bilən mühəndis kadrlara böyük ehtiyac yaranacaq", - Qasımov bildirib.

O qeyd edib ki, artıq Bakı Ali Neft Məktəbi ARDNŞ-ın qarşıya qoyduğu tələblərə uyğun olaraq kadr hazırlığına başlayıb.

Onun sözlərinə görə, hazırda həm Azərbaycanda, həm də xaricdə mühəndislik ixtisaslarına böyük ehtiyac var.

Xəbər lenti

Xəbər lenti