...

Melani Vervir: Gender bərabərliyi məsələsində Azərbaycanda vəziyyət bütün digər ölkələrdə olduğu kimidir

Cəmiyyət Materials 5 Noyabr 2012 13:17 (UTC +04:00)
ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melani Vervir Azərbaycanda yalnız qadın məsələləri üzrə deyil, ölkəyə aid digər məsələlərlə də bağlı müzakirələr aparıb.
Melani Vervir: Gender bərabərliyi məsələsində Azərbaycanda vəziyyət bütün digər ölkələrdə olduğu kimidir

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Mehdiyev/

ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melani Vervir Azərbaycanda yalnız qadın məsələləri üzrə deyil, ölkəyə aid digər məsələlərlə də bağlı müzakirələr aparıb.

Trend-in məlumatına görə, bu barədə xanım Melani Vervir bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, indiki zamanda bir sıra qlobal problemlər, o cümlədən təhlükəsizlik, iqtisadiyyat, ətraf mühitin qorunması, idarəçiliklə bağlı məsələlər ortaya çıxıb.

Onun sözlərinə görə, bu problemlərin həllində qadınların iştirakı vacibdir. Vervir qeyd edib ki, gender bərabərliyi məsələsində Azərbaycanda vəziyyət bütün digər ölkələrdə olduğu kimidir.

Dövlət Departamenti rəsmisi hesab edir ki, siyasətdən, parlamentdən başlayaraq, kənd idarəçiliyinə kimi qadınların iştirakı artmalıdır. Ailə planlaşmasına gəlincə, o bildirib ki, selektiv abortların sayı artıb və bu, gələcəkdə demoqrafik problemlərə səbəb ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti