...

Ombudsmanın nümayəndələri Qobustan həbsxanasına uzunmüddətli baxış keçiriblər

Cəmiyyət Materials 7 Noyabr 2012 19:07 (UTC +04:00)
Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasına uzunmüddətli (üç tam iş günü) başçəkmə həyata keçiriblər.
Ombudsmanın nümayəndələri Qobustan həbsxanasına uzunmüddətli baxış keçiriblər

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan həbsxanasına uzunmüddətli (üç tam iş günü) başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, başçəkmənin məqsədi əvvəlki səfərlər zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin yoxlanılması, məhkumlarla rəftar və şəraitin araşdırılması olub.

Araşdırma zamanı bir sıra tövsiyələrin icra edildiyi müəyyən olunub. Belə ki, kameraların, pəncərələrin genişləndirildiyi, məhkumlara verilən qidanın keyfiyyətinin artırıldığı aşkar edilib.

Həbsxanada cəza çəkən 60-dək məhkum fərdi qaydada qəbul edilib, onlarla konfidensial qaydada söhbətlər aparılıb. Qəbul edilmiş bir sıra ömürlük məhkumlarla söhbət zamanı onlar ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəzlənməsi ilə əlaqədar, barələrində müddətli cəzaların tətbiq olunması ilə bağlı müraciətlərinin nəticəsiz qaldıqlarını bildiriblər.

Aşkar edilmiş bəzi pozuntuların aradan qaldırılması ilə əlaqədar həbsxana rəhbərliyinə tövsiyələr verilib.

Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə nazirinə müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti