...

AMEA doktoranturaya qəbul imtahanlarını yekunlaşdırır

Cəmiyyət Materials 14 Noyabr 2012 12:53 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarını bu gün yekunlaşır.
AMEA doktoranturaya qəbul imtahanlarını yekunlaşdırır

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sistemindəki elmi təşkilat və müəssisələrdə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarını bu gün yekunlaşır.

AMEA-nın vitse-prezidenti Arif Həşimov çərşənbə günü Trend-ə deyib ki, qəbul imtahanlarının keçirilməsinə oktyabrın 15-dən başlanıb. Namizədlər ixtisas fənni, xarici dil və fəlsəfədən imtahan veriblər.

Həşimov deyib ki, doktoranturaya qəbul imtahanlarının nəticələri AMEA-nın Rəyasət Heyətində müzakirə ediləcək. Nəticələr RH tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Həşimov bu ilin sonuna kimi imtahan nəticələrinin qüvvəyə minəcəyini qeyd edib.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura üçün müəyyənləşdirilmiş 288 plan yerinə 345 nəfər sənəd verib. Onun 170-i əyani, 184-ü qiyabi təhsil forması üzrədir. Sənəd verənlərin 5-i əcnəbidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti