...

Ekologiya naziri: Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün yeni proqramın hazırlanmasına ehtiyac var

Cəmiyyət Materials 21 Noyabr 2012 12:35 (UTC +04:00)
Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün yeni mərkəzləşdirilmiş proqramın hazırlanmasına ehtiyac var.
Ekologiya naziri: Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün yeni proqramın hazırlanmasına ehtiyac var

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda köhnə avtomobillərin utilizasiyası üçün yeni mərkəzləşdirilmiş proqramın hazırlanmasına ehtiyac var. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

"Azərbaycanda köhnə avtomobillərin sayının məhdudlaşdırılması işləri aparılır, amma onların sayı çoxdur. Bundan əlavə, indiki avtomobillər də köhnəlir. Bu proqramın olması məsələsi getdikcə aktuallaşacaq", - Bağırov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın iqtisadi durumu elə vəziyyətdədir ki, bu işlərin aparılması üçün şərait yetişib.

"Şəhərimiz müasirləşir, yaxşı şəhərsalma texnologiyaları tətbiq olunur. Bakıda elektrik avtomobilləri və onların akumulyatorlarının doldurulması üçün məntəqələrin yaradılsa, ətraf mühit üçün yaxşı olar", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti